Siyavuş Novruzov etiraz etdi: "Azərbaycanda böhran yoxdur ki..."4-03-2016, 11:57
Çap et “Yeni Azərbaycan Partiyasına görüş üçün müraciət edən müxalifət partiyaları təkliflərini konkretləşdirməlidir. Biz bu məsələni partiya rəhbərliyi ilə müzakirə edib, qərar verəcəyik. Bütün hallarda istənilən dialoqa hazırıq”.Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. S. Novruzov xatırladıb ki, ötən il 4 dəfə iqtidar-müxalifət dialoqu keçirilib və siyasi partiyaları maraqlandıran təkliflər müzakirəyə çıxarılıb. Onun sözlərinə görə, siyasi partiyalar yenidən bu dialoqun keçirilməsinin tərəfdarıdırsa, təkliflərini yazılı formada təqdim etməlidir. O, müxalifət partiya rəhbərlərinin iştirakı ilə “Anti-böhran koalisiyası”nın yaradılmasına isə etiraz edib: “Azərbaycanda böhran yoxdur ki, bu adda koalisiya yaradılsın. Müəyyən iqtisadi çətinliklər var, dövlət də bununla bağlı müvafiq addımlar atır. Böhran onda olur ki, hər şey dayanıb, inkişaf yoxdur və iqtisadiyyat çöküb. Bu gün isə Azərbaycan iqtisadiyyatı inkişaf edir, sosial sahələrdə islahatlar aparılır”. Xatırladaq ki, Azərbaycanda bəzi müxalifət partiyalarının iştirakı ilə yaradılan “Anti-böhran koalisiyası” ölkədəki ictimai-siyasi vəziyyətin birgə müzakirəsi üçün YAP-a müraciət edib. Koalisiyaya Böyük Azərbaycan, (BAP), Klassik Xalq Cəbhəsi (KXCP), Azadlıq, “Gələcək Azərbaycan”, Milli Konqres MKP), Azərbaycan Liberal Demokrat (ALDP), Azərbaycan Xalq (AXP), Aydınlar, Ümid, Dünyəvi Bozqurd, Vətəndaş və İnkişaf (VİP) partiyaları, “AĞ Blok” və digər partiyalar daxil olub. ADP isə yeni yaradılmış koalisiyada müşahidəçi kimi iştirak etməyə üstünlük verib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

“Yeni Azərbaycan Partiyasına görüş üçün müraciət edən müxalifət partiyaları təkliflərini konkretləşdirməlidir. Biz bu məsələni partiya rəhbərliyi ilə müzakirə edib, qərar verəcəyik. Bütün hallarda istənilən dialoqa hazırıq”.