ÇL-də daha iki 1/4 finalçı məlum oldu16-03-2016, 09:08
Çap et Çempionlar Liqasında daha iki 1/4 finalçının adına aydınlıq gəlib. “Atletiko” “PSV Eyndhoven”ni, “Mançester Siti” isə Kiyev “Dinamo”sunu qəbul edib.Madrid təmsilçisi Hollandiyada qolsuz bərabərə qaldığı rəqibini bu dəfə “Visente Kalderon”da qonaq edib. Bu oyunda da normal vaxtda hesab açılmayıb. 30 dəqiqəlik əlavə vaxtda da qol olmayınca, 1/4 finala kimin adlayacağı penalti zərbələri ilə bəlli olub. Burda da qalibi müəyyən etmək üçün azarkeşlər xeyli gözləməli olublar. İlk 7 zərbəni hər iki komanda dəqiq yerinə yetirsə də, topa yaxınlaşan 8-ci PSV-li Narsinq dirəyi nişan alıb. "Atletiko"lu Xuanfran isə ələ düşən fürsətdən maksimum yararlanaraq, komandasını qalib edib. Beləliklə, bu seriyada daha dəqiq oynayan ispanlar növbəti mərhələyə adlayan tərəf olub. Səfərdə 3 qollu qələbə qazanan “Mançester Siti” öz meydanında “Dinamo”ya revanş verməyib. Kiyevlilər 90 dəqiqə ərzində bir neçə şansdan istifadə edə bilməyib və İngiltərədən boynubükük dönüb. Çempionlar Liqası 1/8 final mərhələsi, cavab oyunları 15 mart “Atletiko” (İspaniya) – “PSV Eyndhoven” (Hollandiya) - 0:0 (əlavə vaxtda) Oyunsonrası penalti seriyası: 8:7 Hakimlər: Mark Klattenburq, Simon Bek, Cek Kollin, Styuart Burt Əlavə köməkçi hakimlər: Antoni Teylor, Andre Marriner (hamısı İngiltərə) Madrid, “Visente Kalderon” stadionu İlk oyun - 0:0 “Mançester Siti” (İngiltərə) – “Dinamo” (Kiyev, Ukrayna) - 0:0 Hakimlər: Ovidiu Hateqan, Oktavian Şovre, Sebastyan George, Radu Ginquleç Əlavə köməkçi hakimlər: Aleksandru Tudor, Sebastyan Koltesku (hamısı Rumıniya) Mançester şəhər stadionu İlk oyun - 3:1 Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Çempionlar Liqasında daha iki 1/4 finalçının adına aydınlıq gəlib. “Atletiko” “PSV Eyndhoven”ni, “Mançester Siti” isə Kiyev “Dinamo”sunu qəbul edib.