"Azərbaycan dərman istehsalına başlayacaq"16-03-2016, 20:49
Çap et "Hazırda Azərbaycanda dərman istehsalının həyata keçirilməsi ilə bağlı işlər aparılır".Bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-İcra katibi, baş nazirin müavini Əli Əhmədov deyib. O bildirib ki, bununla bağlı araşdırmalar aparılır: “Güman edirəm ki, bu araşdırmaların, işlərin nəticəsi olaraq yaxın zamanlarda Azərbaycanda dərman istehsalına başlanacaq. Buna böyük ehtiyac və zərurət var. Azərbaycanın dərman bazarında satılan dərmanların demək olar ki, böyük əksəriyyəti başqa ölkələrdən gəlir. Bu, bir yandan Azərbaycanın valyutasını kənara axıdır, digər yandan bütövlükdə milli təhlükəsizlik baxımından ölkə daxilində dərman istehsalını yaratmaq lazımdır”. Ə. Əhmədov onu da qeyd edib ki, Azərbaycanın dərman bazarında qiymətlərin qalxmaması və sabit qalması üçün hökumət lazımı tədbirlər görür. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

"Hazırda Azərbaycanda dərman istehsalının həyata keçirilməsi ilə bağlı işlər aparılır".