Güləş üzrə U-23 Avropa çempionatı başlayır28-03-2016, 13:57
Çap et Bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib. Çempionatda ilk olaraq yunan-Roma güləşçiləri mübarizə aparacaq. Yığma komandanın məşqçiləri Akif Əliyev, Eyyub Azmude və Fuad Alıyevin rəhbərliyi altında Bolqarıstana Murad Məmmədov (59 kq), Elman Muxtarov (66 kq), Ruhin Mikayılov (71 kq), Şəmistan Quluzadə (75 kq), Elton Vəzirzadə (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Oyan Nəzəriani (130 kq) yollanıb. Böyük məşqçi Konstantin Konorev və məşqçi Aslan Ağayevin rəhbərliyi altında çempionatda 6 qadın güləşçimiz iştirak edəcək. Yarışda ölkəmizi Anna Pavliv (48 kq), Leyla Qurbanova (53 kq), Almaz İsmayılova (55 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq) və Elis Manolova (69 kq) təmsil edəcək. Avropa çempionatının son iki günündə sərbəst güləşçilər mübarizəyə qoşulacaq. Yığma komandanın məşqçisi Rövşən Hacıyevin rəhbərliyi altında çempionata Mircəlal Həsənzadə (57 kq), Zəlimxan Vəliyev (61 kq), Teymur Məmmədov (65 kq), Hacımurad Ömərov (70 kq), Murad Süleymanov (74 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Səid Həmidov (125 kq) yollanacaq. Çempionatda görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edəcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
