Heqiqet.Az » hadise » Gəncədə 40 yaşlı kişi naməlum şəraitdə xəsarət alaraq xəstəxanalıq olub


Gəncədə 40 yaşlı kişi naməlum şəraitdə xəsarət alaraq xəstəxanalıq olub

30-03-2016, 09:23
Çap et
Gəncədə 40 yaşlı kişi naməlum şəraitdə xəsarət alaraq xəstəxanalıq olub Gəncədə 40 yaşlı kişi naməlum şəraitdə xəsarət alaraq xəstəxanalıq olub.
Bu gün axşam saatlarında Gəncə şəhər sakini 40 yaşlı Mahir Əliyev yaralı halda Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Kəpəz TV (Region TV) xəbər verir ki, qapalı kəllə-beyin travması və sol qulağın əzilməsi diaqnozu qoyulan şəxs tibb müəssisəsinin travmatologiya şöbəsinə yerləşdirilib.
Həkimlərin müdaxiləsi nəticəsində 40 yaşlı kişinin həyatı təhlükəsi aradan qaldırılıb. Onun hansı şəraitdə xəsarət aldığı araşdırılır.
Reytinq: