Heqiqet.Az » maraqli » Dünyanın ən kiçik skripkası- VİDEO


Dünyanın ən kiçik skripkası- VİDEO

26-05-2015, 18:24
Çap et
Dünyanın ən kiçik skripkası- VİDEO Venesueladan olan Baltasar Monaca heç də dünyanın ən yaxşı skripka ifaçılarından deyil, amma o xırda nüanslara görə dünyanın diqqət mərkəzinə düşə bilib.
Barmaqdan bir az uzun olan skripkada notların yerini tapmaq çətin olsa da, Baltasar öz miniatür musiqi alətində müxtəlif əsərlər səsləndirməyi öyrənib. Dünyanın ən kiçik skripkasından ucalan musiqi sədası çox keçmədən yerli teatrların səhnələrindən eşidilməyə başlayıb. Hətta Baltasar Monaka öz kiçik skripkası ilə orkestrə də qoşulub.
Bu skripka hər nə qədər xırda olsa da, Baltasar onun hazırlanmasında ənənəvi materiallardan istifadə edib. Dünyanın ən kiçik skripkasının hazırlanmasında 4 müxtəlif ağacdan istifadə olunub.

Reytinq: