Heqiqet.Az » dunya » İslam Əməkdaşlıq Təşkilatından Ermənistana çağırış: Azərbaycanın işğal olunmuş əraziləri dərhal azad edilməlidir


İslam Əməkdaşlıq Təşkilatından Ermənistana çağırış: Azərbaycanın işğal olunmuş əraziləri dərhal azad edilməlidir

4-04-2016, 08:59
Çap et
İslam Əməkdaşlıq Təşkilatından Ermənistana çağırış: Azərbaycanın işğal olunmuş əraziləri dərhal azad edilməlidir İslam Əməkdaşlıq Təşkilatı Dağlıq Qarabağda baş verən prosesləri və Erməni silahlı qüvvələrin Azərbaycanın işğal altındakı torpaqlarında həyata keçirdiyi hücumları "dərin narahatlıqla izlədiyini" bildirib.
İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amid Mədəni Azərbaycan torpaqlarındakı işğalının davam etməsindən qaynaqlanan bu gərginlikdən narahatlığını bildirib.
Erməni silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini dərhal və qeyd-şərtsiz azad etməlidirlər, deyə Amid Mədəni bildirib.
Reytinq: