Zakir Həsənov: Şəhidlərin qisası alınacaq və bizim torpaqlar işğaldan azad olunacaq11-04-2016, 12:56
Çap et Bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşunların təmas xəttində Ermənistanın hücumunu dəf edərkən şəhid olan pilotlar - mayor Təbriz Musazadə, mayor Ürfan Məmmədzadə, baş leytenant Bəkir İsmayılov və Silahlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimində çıxışında deyib. Müdafiə naziri qeyd edib: "Mən burda xüsusi qeyd etmək istəyirəm ki, bizim şəhidlərimiz bütün dünyaya sübut etdilər ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Silhalı Qüvvələr Ali Baş Komandan başda olmaqla öz müqəddəs borcunu yerinə yetirəcək. Ulu öndər Heydər Əliyevin sözlərini təkrar etmək istəyirəm: Azərbaycan Ordusunun hər bir əsgəri, hər bir zabiti bilməlidir ki, Azərbaycanın ərazi bütövlüyü nəyin bahasına olursa olsun bərpa olunmalıdır. Bu gün Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrdə yüksək ruh var. Silahlı Qüvvələr Azərbaycan xalqının etimadını doğruldur. Mən xüsusi qeyd etmək istəyirəm ki, şəhidlərin qisası alınacaq və bizim torpaqlar işğaldan azad olunacaq. Allah rəhmət eləsin!" Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
