11-ci siniflər üçün monitorinq imtahanları başlayıb13-04-2016, 12:06
Çap et Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 13, 14, 15 aprel tarixlərində Bakı və Sumqayıt şəhərlərində ümumtəhsil müəssisələrinin 11-ci sinfində təhsil alanlar üçün Ana dili, riyaziyyat və fizika fənlərindən monitorinq imtahanı keçirəcək. TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, monitorinq imtahanlarının keçirilməsi üçün Bakı və Sumqayıt şəhərlərində Azərbaycan dili fənnindən 194 məktəb üzrə 12512, riyaziyyat fənnindən 191 məktəb üzrə 12510, fizika fənnindən 260 məktəb üzrə 16003 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. Bütün fənlər üzrə imtahan saat 10:00-da başlanacaq. İmtahanın müddəti Azərbaycan dilindən 45 dəqiqə, riyaziyyat və fizika fənlərindən isə 1 saatdır. Qeyd edək ki, monitorinq imtahanları regionlarda (Naxçıvan, Gəncə, Şəmkir, Göygöl, Mingəçevir, Şəki, Qəbələ, Qax, Bərdə, Ağcabədi, Göyçay, Biləsuvar, Salyan, Lənkəran, Quba, Qusar, Xaçmaz, Babək, Culfa) 18 və 19 aprel tarixlərində aparılacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
