"Təhsil səviyyəsi aşağı olan ibtidai sinif müəllimləri çoxdur" - Nazirlik14-04-2016, 13:12
Çap et E.Əlyev deyib ki, imtahan nəticələrindən narazı qalan 3000 müəllimlə görüş keçirilib və qiymətləndirmənin əsas məqsədi onlara başa salınıb: "Başa saldıq ki, sizinlə digər müəllimlərin fərqi bilinməlidir. Ölkə üzrə müəllimlərin diaqnostik qiymətləndirilməsinin aparılmasında məqsəd ilk növbədə kimlə işləməyi müəyyənləşdirməkdir". Müəllimlərin keyfiyyət baxımından fərqləndiyini və məktəblərdə çox hallarda müəllimə qarşı ədalətsizlik olduğunu dilə gətirən şöbə müdiri bildirib ki, məktəblərdə 20-30 il pedaqoji stajı olanlar və yeni müəllimlər arasında fərq qoyulmalı idi: "Təcrübə onu göstərirdi ki, biliyindən arxayın olanlar elə imtahanlarda da yüksək nəticə göstərirdi. İmtahan müəllimlərinin nəticələri hər biri direktora ayrıca zərfdə verilib. Bununla da direktor müəllimləri arasındakı fərqi öyrənmiş olub. Hətta bir çox direktorlar qiymətləndirmədən sonra təşəkkür də ediblər. Çünki məktəbdə fironluq edən müəllimlər imtahandan sonra sakit kənara çəkilib. Nəticədə çox aşağı göstərici toplayan müəllimlərin bir qismi özləri ərizə yazıb işdən gediblər. Qiymətləndirmədən sonra əmək haqqı fərqini gördükdən sonra bölgə müəllimləri də qiymətləndirilmə keçirilməsi üçün müraciət ediblər". E. Əliyev deyib ki, imtahanlarda psixologiya ilə bağlı sualların nəticələrinə görə, problemin daha çox ibtidai siniflərdə olduğu ortaya çıxıb: "Bu da səbəbsiz deyil. Hər sinifdə 20-30 uşaq olur. Təbii ki, ilk dəfə parta arxasında oturan uşaqlara çox həssas yanaşılmalıdır. Bunu nəzərə alaraq məktəbəqədər hazırlıq qruplarının yaradılmasını təklif etdik". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
