Nazir: "Multikulturalizm ili" elan olunması azsaylı xalqların mədəniyyətinə verilən qiymətin bariz nümunəsidir19-04-2016, 13:03
Çap et Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda ölkəmizdə yaşayan milli azlıqlara həsr olunmuş festivalda deyib. Nazir bildirib ki, ölkəmizdə yaşayan hər bir azsaylı xalqın sərvəti də bizim dövlətin sərvətidir. Ə.Qarayev vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində tarixi abidələrin qorunması, bərpası ilə bağlı ciddi işlər həyata keçirilir: "Bu gün Azərbaycan tarixinin dərindən öyrənilməsinə xüsusi diqqət yetirilir. Ölkə başçısının sərəncamı ilə yeni qoruqlar yaradılır, tarixi yerlər, abidələr aşkar olunaraq bərpa edilir. Azərbaycan xalqının mədəni dəyərlərinin qorunub saxlanılmasında və tanıdılmasında Heydər Əliyev Fondunun da böyük payı var. Fondun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyeva tərəfindən Azərbaycan mədəniyyətinin dünyada tanıdılması üçün böyük işlər görülür". Ə.Qarayev qeyd edib ki, hazırda Şəki şəhərində yerləşən tarixi abidlərin UNESCO-nun mədəni irs siyahısına salınması üçün müvafiq işlər həyata keçirilir. Növbəti illərdə isə Naxçıvan şəhərində yerləşən tarixi və memarlıq abidələrinin bu siyahıya salınması üçün addımlar atılacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
