"Rusiya müharibəyə hazırlaşır" – ŞOK PROQNOZ20-04-2016, 13:35
Çap et Bunu Polşanın müdafiə naziri Antoni Matsereviç Rusiya hərbi təyyarələrinin Baltik dənizində ABŞ-ın “USS Donald Cook” esminesinin üzərində təhlükəli şəkildə uçmasını şərh edərkən deyib. Rusiyanın aqressiv hərəkətləri hücuma hazırlıqdır. Bu mövzuda açıq danışmağın vaxtı gəlib. Rusiya NATO-nun şərq qanadını gücləndirmək barədə planını heç bəyənməyib. Moskva göstərmək istəyir ki, Baltik dənizi ona aiddir. Eyni zamanda dənizin NATO-nun üzünə bağlı bir bölgə olduğunu göstərmək istəyir. Rusiyanın bu cür hərəkətlərini gözləyirdim. NATO-nun baş katibi Jens Stoltenberqə də bunu daha əvvəllər söyləmişdim”, - polşalı nazir bildirib. Xatırladaq ki, Rusiyanın Su-24 bombardmançısı və Ka-27 vertolyotu ötən həftə Baltik dənizində ABŞ-ın “Donald Cook” esminesinin üzərindən təhlükəli uçuşlar həyata keçirib. ABŞ Silahlı Qüvvələrinin Avropadakı Komandanlığı (EUCOM) uçuşların videosunu yayıb. Ağ Evdən bildiriblər ki, Rusiya pilotlarının hərəkətləri silahlı qüvvələrin davranışlarını müəyyənləşdirən beynəlxalq normalara uyğun deyil. ABŞ-ın dövlət katibi Con Kerri isə şərhində bunu döyüş güclərinin toqquşması kimi xarakterizə edib. “Biz bu cür davranışı ittiham edirik. Bu, fitnəkar və təhlükəlidir. Qaydalara uyğun olaraq, onları vurmaq mümkün idi. İnsanlar anlamalıdır ki, açıq dənizdə qorxutmaqla Birləşmiş Ştatlar təslim olmağa hazırlaşmır. Biz ruslarla danışaraq göstəririk ki, bu nə qədər təhlükəlidir. Ümid edirik ki, bu hadisə heç vaxt təkrarlanmayacaq”,- Kerri deyib./mir.az/ Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
