Arda Turandan Azərbaycana növbəti dəstək22-04-2016, 09:26
Çap et "Türkiyə qardaşı üçün çalışır. Bir imza ilə Azərbaycana dəstək olmağa davam edirik", - deyə türk ulduz şəxsi hesabında paylaşım edib. Bu hərəkətinə görə, futbolçunun çox saylı fanatları ona təşəkkür mesajları yollayıb. Arda Turan analoji addımı aprelin 9-da da atmışdı. “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsinə yarımmüdafiəçi də qoşulub. Qaydalara əsasən, petisiyaya cavab verilməsi üçün 1 ay ərzində müraciəti ən azı 100 min nəfərin (elektron) imzalaması lazımdır. Türkiyənin ““Qalatasaray” ” klubu da sözügedən kampaniyaya qoşulduğunu rəsmən elan edib. Türkiyənin digər hegemon klubu “Fənərbaxça” kimi “aslanlar”da Ağ Ev administrasiyasının internet resursunda Azərbaycanı dəstəkləyən petisiyaya qoşulublar. “Qalatasaray ailəsi, qardaşımız Azərbaycanın yanındadır! Dəstək kampaniyasına bir imza da biz atdıq. Can Azərbaycan” klubun rəsmi səhifəsində belə yazılıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
