Emin məşhur rus ulduzlarını - Bakıya gətirir22-04-2016, 12:30
Çap et Konsert proqramı 9-10 iyun tarixində baş tutacaq. Musiqi festivalının təşkilatçıları müğənni və musiqiçi Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqoriy Leps və Russkoye Radio-nun yaradıcısı Sergey Kojevnikovdur. E.Ağalarov festival barədə açıqlama verib: “Rusiya artistlərin konsertlərinin təşkilatçılığında çoxillik təcrübənin olması və həmin artistlərin paytaxt Bakı haqqında müsbət rəyləri məndə, həmkarlarım və tərəfdaşlarım Qriqoriy Leps və Vitaliy Kojevnikovda Azərbaycan paytaxtında mühüm Beynəlxalq miqyaslı musiqi festivalın keçirilməsi fikri yarandı. Biz tədbirin həm Rusiya, həm də Azərbaycan televiziyasında yayımlanmasını planlaşdırırıq və bu hal iki dost xalqı bir-birinə daha da yaxın edəcək”. Festivalda Valeriy Meladze, Nyuşa, Qriqoriy Leps, A-studio, Nikolay Baskov, Valeriya, Polina Qaqarina, Ani Lorak, Slava, MBAND, Potap və Nastya, Burito, İrina Dubtsova, A-DESSA, Ciqan, Svetlana Loboda, Qlyukoza kimi məşhur simalar çıxış edəcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
20:46
Damət Salmanoğlu11:29
Damət SalmanoğluHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
