Nazirlər Kabinetinə Bakıda qəzalı binaların olmadığı yeganə rayonla bağlı proqram layihəsi təqdim edilib22-04-2016, 19:50
Çap et Bunu Xəzər Rayon İcra Hakimiyyəti Rayon təsərrüfatı şöbəsinin müdiri Elşən Salahov söyləyib. E. Salahov deyib ki, Nazirlər Kabinetinin Xəzər Rayon İcra Hakimiyyətinə müraciətinə cavab olaraq araşdırmalara əsasən rayonda qəzalı vəziyyətdə binaların olmadığı bildirilib. Beləliklə, Xəzər rayonunun Bakının 12 rayonu arasında qəzalı binaların olmadığı yeganə rayon olub. Nazirlər Kabineti isə “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli qərarında digər rayonlardan fərqli olaraq Xəzər rayonu İcra Hakimiyyətinə fərqli tapşırıq verib. Qərara əsasən Rayon İcra Hakimiyyəti Xəzər rayonu ərazisində qəsəbələrin ümumi görünüşünə xələl gətirən, mövcud şəhərsalma və tikinti normalarına cavab verməyən, əsasən magistral yolların və küçələrin kənarında yerləşən, yaşayış üçün yararsız olan mənzil fondunun, habelə sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin mülki qanunvericiliyin tələblərinə uyğun, əmlak mülkiyyətçilərinin razılığı ilə yenidən qurulması, yeni binaların inşa edilməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə tədbirlər proqramının layihəsini 2 ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməli idi: “Artıq proqram layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Proqram layihəsində rayonun Binə qəsəbəsində Əli İsazadə küçəsində 3 bina, Şüvəlan qəsəbəsində Almas İldırım küçəsində 3 binanın fasadının əsaslı təmirə ehtiyacı olduğu qeyd edilib. Eyni zamanda bu binalar ətrafında aparılacaq abadlaşdırma çərçivəsində Binədə o binaların ətrafında park salınması, Şüvəlanda isə parkın yenidən qurulması təklifi də layihədə əksini tapıb. O cümlədən əsas mərkəzi yollarda aparılmalı olan abadlıq işləri də qeyd edilib”. Xatırladaq ki, Nazirlər Kabineti “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 8 oktyabr 2015-ci il, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 22 yanvar 2016-cı il, “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli qərarlar verib. Bu qərarlara əsasən rayon icra hakimiyyətləri mülki, mənzil və şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının, habelə sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin müfəssəl planlarının hazırlanmasını və təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini təmin etməlidirlər. 5 il ərzində tikinti şirkətləri öz vəsaitləri hesabına qəzalı binaları sökməli, yeni çoxmənzilli yaşayış binaları tikməli, əmin qəzalı binaların sakinlərinə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binalarında müvafiq mənzillər ayırmalıdır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
