Heqiqet.Az » siyaset » Prezident İlham Əliyev və xanımı BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edir


Prezident İlham Əliyev və xanımı BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edir

26-04-2016, 10:19
Çap et
Prezident İlham Əliyev və xanımı BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edir Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilir. Forumun açılışında Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak edir.
Forumda, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Malta Prezidenti Mariya Luiza Koleyro, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, Belarus Respublikası Milli Məclisinin sədri Mixayil Myasnikoviç, Qazaxıstan parlamenti Senatının sədri Kasım-Jormart Tokayev və digər yüksək vəzifəli şəxslər iştirak edirlər.
Forumun iş günləri ərzində yüksək rəsmilərin toplantısı, 30-a yaxın sessiya keçirilməsi planlaşdırılır. BMT-nin Sivilizasiyalar Alyansı Qlobal Forumunun yüksək səviyyəli iclasının yekunları üzrə Bakı bəyannaməsi qəbul ediləcək.
Azərbaycan Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.
Qlobal forumun ilk günündə Gənclər forumu keçirilib.

Reytinq: