Novruz Məmmədov: Dağlıq Qarabağ probleminin təməlində geosiyasi ambisiyalar durur27-04-2016, 10:12
Çap et Bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov BMT Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu çərçivəsində "Sülhün bərqərar edilməsi və terrorun aradan qaldırılması" mövzusunda sessiyada çıxışı zaman deyib. N.Məmmədov bildirib ki, dünyada proseslər siyasi iddialarla idarə edilir: "Dünyada münaqişələrin həlli üçün müxtəlif yanaşmalar var". N.Məmmədov qeyd edib ki ki, vaxtilə dünyada 10-a qədər münaqişə var idi, lakin bu gün münaqişələrin sayı 50-ni ötüb. N.Məmmədov əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç kəs beynəlxalq prinsipə istinad etmir. N.Məmmədov bildirib ki, Dağlıq Qarabağ probleminin təməlində geosiyasi ambisiyalar durur: "Dağlıq Qarabağın ətrafında 7 rayon işğal altındadır, ancaq bu barədə heç kim danışmır. Beynəlxalq hüquqa əməl edilməlidir. Bu gün Dağlıq Qarabağ məsələsi barədə beynəlxalq hüquq prinsipinə riayət edilmir". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
