Heqiqet.Az » iqtisadiyyat » “Gömrük yığımlarının məbləğləri” təsdiq olundu


“Gömrük yığımlarının məbləğləri” təsdiq olundu

29-04-2016, 10:11
Çap et
“Gömrük yığımlarının məbləğləri” təsdiq olundu Baş nazir Artur Rasizadə “Gömrük yığımlarının məbləğləri”ni təsdiq edib.
Heqiqet.az “Qafqazinfo” əsasən xəbər verir ki, “Azərbaycan Respublikasında gömrük fəaliyyətinin növləri üzrə alınan yığımların miqdarları haqqında” 2000-ci il 29 avqust tarixli 151 nömrəli qərarı və “Gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizasının aparılması üçün alınan gömrük yığımlarının miqdarı”nın təsdiq edilməsi haqqında” 2012-ci il 5 sentyabr tarixli 190 nömrəli qərarı ləğv edilib.
“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarının bir sıra maddələrindən “və Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığımlarının miqdarı” sözləri çıxarılıb.
Reytinq: