Təhsilin inkişafında məktəblər başlıca rol oynayır3-05-2016, 13:40
Çap et Bilirik ki, son illər aparılan sosial-iqtisadi siyasət nəticəsində ölkədə yüksək inkişafa nail olunmuş, əhalinin maddi rifahı xeyli yaxşılaşmışdır. Bu amili ölkənin təhsil sistemində də aydın görmək mümkündür. Təbii ki, bu gün ölkə qarşısında duran strateji vəzifə kimi təhsilin daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində əsaslı addımlar atılır. Əlbəttə, təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir. Bu prosesi Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən 56 saylı Kəlbəcər qaçqın məktəbində də görə bilirik. Məktəbin direktoru Aidə Əhmədova təhsil və məktəb prinsiplərinin davamlı inkişafı üçün əllərindən gələni edir. O, çox gözəl bilir ki, təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir. Bu üzdən də 56 saylı məktəbdə təhsil prioritetləri günün tələblərinə cavab verir və bu zəmində Aidə xanımın da üzərinə böyük məsuliyyət düşür. Əlbəttə, təhsilin sosial-iqtisadi rolunun artmasında məktəblər də başlıca funksiya daşıyır. Bu sırada 56 saylı məktəb də əhəmiyyətli iş görür. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Bilirik ki, son illər aparılan sosial-iqtisadi siyasət nəticəsində ölkədə yüksək inkişafa nail olunmuş, əhalinin maddi rifahı xeyli yaxşılaşmışdır. Bu amili ölkənin təhsil sistemində də aydın görmək mümkündür. Təbii ki, bu gün ölkə qarşısında duran strateji vəzifə kimi təhsilin daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində əsaslı addımlar atılır.