Mavi gözlü unutmaq – Seymur Sudan YENİ ŞEİRLƏR11-05-2016, 09:29
Çap et Sədaqətli Sən o qədər sədaqətli və gözəlsən ki Yadıma düşdükcə diz çökürəm Get-gedə əriyirəm qəhrimdən. Sən o qədər sadə və səmimisən ki, Qoparmaq istəyirəm üzümü Bu süniliklərdən, bu lənətli qrimdən. Sən o qədər sədaqətlisən, o qədər səmimisən ki, yaramaram sənə, yaramaz bu dünya sənin işinə. Körpü Sevgidən bir xoş söz deyə bilməz şair. ayrılığın büstünü tikə bilməz əsrin heykəltəraşı. gedən gedir, gələn gəlir bir dəfə. sınıq-salxaq taxtaların üstündən "get", "qayıt" olmur axı dəqiqəbaşı... bu körpülər ya uçurulmalı ya da uçurulmalı. uçurulmalı! Vecsizliyin şeiri Saatları sındırın: bu tıqqatıq səsini məndən uzağa çəkin. Lap istəsəz dəyişin: böyük əqrəbi sola, kiçiyi sağa çəkin. Guya çox vecimədi? Divarları sındırın: bu səddi - boş danışan dilə, dodağa çəkin. Lap istəsəz dəyişin: harda önümə çıxsaz mənə qadağa çəkin. Guya çox vecimədi? İyerarxiya Külək qovur dənizi, dəniz qovur dalğanı, dalğa qovur sərxoşu, sərxoş qovur tulanı, tula qovur pişiyi, pişik qovur siçanı, yox döşəmə deşiyi! Günəşi sevgiylə biçən biçinçinin türküsü İçindəki məsum uşağı öldürən şairin qoca küpəgirənlər arasında kimsəsiz olmasını yaddaşının bir küncünə yaz. Boz olmağa məhkumdu qaranlıqlara düşərsə nöqtələr bəyaz-bəyaz... Səninlə daha da saflaşan, gözəlləşən mehribanlaşan, daha da tənhalaşan adam. Hamıdan sənə doğru qaçıb hər şeydən daha da "dahalaşan" adam... Məni susduran sözlərimin boğazımda yaranmış tıxacı. xoşbəxtlik budur bəlkə şirin parıltılı baxışlarını saya bilsə həyat eşqimin illərdi paslamış sayğacı... Elə yapışmışam qolundan ki, apara bilməz o gəmi səni, o təyyarə səni, bu maşın, bu qatar səni... Bir gün günəş gələrsə deyərsən ki, sabahlar oyatmasın adamları. qəlbində günəş biçənlər var artıq, lazım gələrsə onlar oyadar səni. Yorğunluğun şeiri Yorğunluq mehi şaxtatək kəsdi, saçlarımı dibindən. Payız yağışlarına döndü, ümidsizlik çağırışları, süzüldü buludların cırılmış cibindən. Ah, bu güllələr! Ah, bu çıxışlar, makiyajlı, fahişə fiquralı cümlələr! Hamısı yapışıb qaldı acından qan qusan kasıbın qalın intihar ipindən... Əhdsizlik ildırımları parçaladı beynimin içini, hamısı bir-bir damcı-damcı qürurumun çit parçalı çətirindən damarlarıma damdı... Əhdə xilaf olmağın peşmanlığını çəkirəm artıq... Sonum vicdanın dar ağacıdı. Və əslində bildiyim bütün sözlərin ən son fel forması "nifrət" və "edam"dır. Bukovskisayağı Adamın köynəyi tütün, saqqalı şərab ətri verməlidi. Tər, iztirab, ölüm saçmalıdı yer üzünə. Gözləri qoxumalıdı yuxu dodaqları şeir, otaqları kül... Bürüməlidi şkafları toz, dəmir dabankeşləri pas, boşqablarına qədər yağ. mitinq düşərgəsinə çevrilməlidi çirklənmiş otaq... Saçlarına qədər kir, kirpiklərinə qədər yaş. Gözlərinin dibinədək yol, ürəyinin dərinliyinədək kədər, sümüklərinin içinə qədər duz, dili sözsüz, səssiz, boğazı susuz... İtilmişlər Mən öləndə biri səslənəcək ki, "...yaxşı yadımdadı o vaxtlar onun bir şerin eşitmişdim onu oxuyanda hansısa vağzaldan vaxtı keçən qatar kimi itmişdim. Allah bilir hara getmişdim!” Bəs sən hardan biləsən, hara itdiyini sevgilim?" Gələcəyə geriləyənlərin şeiri Eh adamlar, adamlar... düşünmürsüz bəzən heç kimlərinsə taleyin... Bax sizi sürükləyir eqoizm yelbeyin... Eh qadınlar, qadınlar... gülüşləri yalançı, sevgiləri fırıldaq... Hətta sizlərdən belə daha seviləsidi qocalıb evdə qalmış, mavi gözlü unutmaq... Yadına sal istəsən, bir zəng elə arada... İttihamlar yağdırıb, bir soyuqluq yaradaq... Bilirsən ki, səndən çox qış fəslini sevirəm... Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
