Suriyada vuruşan dəstə üzvlərinə hökm oxundu1-06-2015, 15:01
Çap et Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD və digər silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan 6 nəfərlik dəstə üzvlərinin – Tariyel Mustafayev, Ruslan Mustafayev, Namiq Məmmədov, Elvin Əliyev, Tural Həsənov və Fərid Muradovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Heqiqet.az-ın Lent.az-a istinadən məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Ruslan Mustafayev 14 il, qalan 5 nəfərə isə 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, keçən prosesdə dövlət ittihamçısı çıxış edərək məhkəmədən təqsirləndirilən şəxslərin hər birinə 15 il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi. Qeyd edək ki, MTN-in İctimai Əlaqələr Mərkəzinin ötən il sentyabrın 23-də yaydığı məlumatda bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə, tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərinin törədilməsinə görə ümumilikdə 26 nəfər Azərbaycan vətəndaşı şəxs qismində saxlanılıb. Saxlanılanlar arasında yuxarıda adları çəkilən şəxslər də var. Məlumatda bildirilirdi ki, təqsirləndirilən şəxslər 2013-cü ildən 2014-cü ilin müxtəlif aylarınadək Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD və digər silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan 6 nəfərlik dəstə üzvlərinin – Tariyel Mustafayev, Ruslan Mustafayev, Namiq Məmmədov, Elvin Əliyev, Tural Həsənov və Fərid Muradovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Heqiqet.az-ın Lent.az-a istinadən məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Ruslan Mustafayev 14 il, qalan 5 nəfərə isə 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.