“Qarabağ”ın Çempionlar Liqasında ilk oyunu18-05-2016, 09:33
Çap et UEFA-nın saytının məlumatına görə, bu mərhələnin ilk oyunları iyulun 12-13-də, cavab matçları isə həmin ayın 19-20-də keçiriləcək. Avropa Liqasında ölkəmizi bu mövsüm təmsil edəcək üç klubun (“Qəbələ”, “Kəpəz”, “Neftçi” və ya AZAL ) hamısı mübarizəyə birinci təsnifat mərhələsindən start verəcək. Bu mərhələdə ilk oyunlar iyunun 30-na, cavab qarşılaşmaları isə iyulun 7-nə nəzərdə tutulub. Azərbaycan klublarının rəqiblərinin adına isə iyunun 22-də UEFA-da keçiriləcək püşkatmada aydınlıq gələcək. Çempionlar Liqasının 2016/17 mövsümündə iştirak edəcək komandaların siyahısına yavaş-yavaş aydınlıq gəlir. Artıq qitənin bir nömrəli klub turnirində iştirak edəcək 31 komandanın adı müəyyənləşib. Bunlardan 5-i birinci, 13-ü ikinci təsnifat mərhələsində mübarizəyə başlayacaq. Azərbaycan çempionu da 2-ci təsnifat mərhələsinə vəsiqə qazanacağından, həmin 18 komanda təmsilçimizin potensial rəqibidir. Bu iki mərhələdə iştirak edəcək qalan 20 komandanın adı hələ aydınlaşmayıb. Artıq Çempionlar Liqasında iştirakı dəqiqləşmiş qalan 13 komandadan 2-si üçüncü təsnifat mərhələsinə, 11-i birbaşa qrupa vəsiqə qazanıb. I təsnifat mərhələsi Valletta (Malta), B36 Torşavn (Farer adaları), Flora (Estoniya), TNS (Uels), Santa Koloma (Andorra). II təsnifat mərhələsi APOEL (Cənubi Kipr), BATE (Belarus), Norrkopinq (İsveç), Rusenborq (Norveç), Ferençvaroş (Macarıstan), Astana (Qazaxıstan), Dinamo (Tiflis, Gürcüstan), SJK (Finlandiya), Hafnarfyordor (İslandiya), Dundalk (İrlandiya), Krusaders (Şimali İrlandiya), Jalgirs (Litva), Liepaya (Latviya). III təsnifat mərhələsi Olimpiakos (Yunanıstan), Şaxtyor (Ukrayna). Qrup mərhələsi Barselona, Atletiko, Real (hamısı İspaniya), Leyçester (İngiltərə), Bavariya, Borussia Dortmund (ikisi də Almaniya), Yuventus (İtaliya), Benfika, Sportinq (ikisi də Portuqaliya), PSJ (Fransa), Dinamo Kiyev (Ukrayna). Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
