Azərbaycanda məktəbəqədər təhsil üzrə yerli model dəyişdirə bilər20-05-2016, 09:43
Çap et Bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib. "Məktəbəqədər təhsil haqqında" qanun layihəsinin hazırlanması üçün artıq müvafiq işçi qrupun formalaşdığını deyən İ.Həbibbəylinin sözlərinə görə, yeni layihədə məktəbəqədər təhsil üzrə həmin ölkələrin təcrübələrindən istifadə ediləcək: "Artıq məktəbəqədər təhsil üzrə dünya ölkələrinin təcrübələri öyrənilib. Məlum olub ki, dünyada ən yaxşı dövlət məktəbəqədər təhsil üzrə təcrübəyə malik olan ölkə Finlandiya, özəl bağçalar üzrə ən yaxşı təcrübə Estoniyadadır. Funlandiyada uşaqların böyük əksəriyyəti dövlət uşaq bağçalarına gedir, Estoniyada isə demək olar ki, dövlət bağçası yoxdur. Amma qanun layihəsinin hazırlanması üçün Azərbaycan reallıqlarının nəzərə alınması əsas hesab edilir. Buna görə də biz Azərbaycanın reallıqlarını nəzərə almaqla, hər iki ölkənin təcrübəsini ölkənin yerli modelinə əlavə etmək fikrindəyik". Magistratura və doktoranturada təhsil alanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi qanun layihəsindən çıxarıldı İ.Həbibbəyli qeyd edib ki, ölkədə məktəbəqədər hazırlıq qruplarının açılmasını vacib sayırlar. Onun sözlərinə görə, artıq ötən tədris ilindən başlayaraq, bu istiqamətdə Bakının pilot seçilmiş orta məktəblərində hazırlıq qruplarının yaradılmasına başlanılıb: "Bu təcrübə artıq özünü doğruldub. Biz dünya təcrübəsini və Azərbaycan reallığını nəzərə alaraq, bu sahənin daha işlək, daha cəlbedici olmasına doğru gedəcəyik". Komitə sədrinin sözlərinə görə, layihənin ilkin variantı üzərində iş demək olar ki, tamamlanıb. O, layihənin MM-in payız sessiyası zamanı hazır olacağının gözlənildiyini də söyləyib. İ.Həbibbəyli tədricən təhsilin bütün mərhələləri üzrə qanun layihələrinin hazırlanacağını da qeyd edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
