Prezident ATƏT sədri ilə görüşdü1-06-2015, 15:20
Çap et Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya Respublikası Baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Heqiqet.az-ın AzərTac-a istinadən məlumatına görə, ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daçiç Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin və Baş nazir Aleksandr Vuçiçin salamlarını İlahm Əliyevə çatdıraraq Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının açılış mərasimində ölkəsinin prezidentinin iştirak edəcəyini vurğulayıb. Görüşdə Azərbaycan-ATƏT əməkdaşlığının perspektivləri, Azərbaycan ilə Serbiya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə daha da inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən danışıqlar prosesi, təmas xəttində baş verən hadisələr, problemin həllinin uzadılması, münaqişənin həllinə yanaşmada ikili standartların mövcud olması və digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev Serbiyanın prezidenti Tomislav Nikoliçin və Baş nazir Aleksandr Vuçiçin salamlarına görə minnətdarlığını bildirərək onun da salamlarını Serbiyanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya Respublikası Baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.