Heqiqet.Az » tehsil » 145 nömrəli tam orta məktəbin müəllimləri mükafatlandırıldılar


145 nömrəli tam orta məktəbin müəllimləri mükafatlandırıldılar

27-05-2016, 11:57
Çap et
145 nömrəli tam orta məktəbin müəllimləri mükafatlandırıldılar “Həqiqət.az” saytının keçirdiyi rəy sorğusuna əsasən, ümummilli lider Heydər Əliyev ideyalarının həyata keçirilməsində göstərdikləri uğurlu fəaliyyətə, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsindəki xidmətlərinə, nümunəvi pedaqoji işgüzarlıqlarına, fənlərin yüksək səviyyədə şagirdlərə aşılanmasındakı zəhmətlərinə və məktəbdə keçirilən mədəni-kütləvi tədbirlərdə təşkilatçılıqlarına görə Bakı şəhəri Eldar Quliyev adına 145 nömrəli tam orta məktəbin müəllimləri - Prosenko Natalya Sultan qızı (rus dili və ədəbiyyat müəllimi), Polosuxina Larisa Yuriyevna (fizika müəllimi), Bəkirli Ulduz Sadiq qızı (Azərbaycan dili və ədəbiyyat müəllimi), Hüseynova Gülnarə Firudin qızı (ibtidai sinif müəllimi), Azadəliyeva Arzu Allahşükür qızı (tarix müəllimi) və Abbasova Südabə Xanağa qızı (rus dili və ədəbiyyat müəllimi) Fəxri Diploma layiq görülüblər.
145 nömrəli məktəbin pedaqoji sahədə və mədəni-kütləvi tədbirlərdə daim fəallıqları ilə seçilən bu müəllimlərin bacarığı və çalışqanlığı sayəsində məktəbin təhsil-cəmiyyət amili günün reallığı kimi diqqət çəkir və məktəb rəhbərliyi bu istiqamətdə üzərinə düşən işin məsuliyyətini tam dərk edir.
Əziz müəllimlərimizi təbrik edir, onlara pedaqoji işlərində daim uğurlar arzulayırıq.

“Həqiqət.az”
Reytinq: