“UniCredit” “YapıKredi Bank Azərbaycan”ı tərk etməyəcək31-05-2016, 09:21
Çap et Onun sözlərinə görə, Türkiyə bazarı qrup üçün olduqca vacibdir: “2003-cü ildən bəri Türkiyədəyik. Türkiyə bizim üçün bir ana bazar rolunu oynayır. 13 ildir ki, “Koç Qrup”la birgə çalışırıq və bu əməkdaşlığa böyük önəm veririk”. K. Vivaldi əlavə edib ki, Mərkəzi və Şərqi Avropa ölkələrində fəaliyyət göstərən bütün nümayəndəliklər “UniCredit” üçün vacibdir. Qeyd edək ki, 2001-ci ilin sonlarında “Koç” qrupun maliyyə sektorunda fəaliyyət göstərən şirkətlərini birləşdirmək və səhmlərin böyük bir hissəsini ələ keçirərək effektivliyi artırmaq məqsədi ilə adıçəkilən qrup və “Uni Credito İtaliano SPA” arasında “Koç Maliyyə Xidmətləri A.Ş.” üzrə 50%-50% əməkdaşlığa dair niyyət protokolu imzalanıb. Bunun nəticəsində, “Koç” qrupun maliyyə sektorunda olan səhmləri (Koçbank, Koç Lease, Koç Faktoring, Koç Invest, Koçbank Nederland N.V., Koçbank Azərbaycan QTSB və Koç Aktivlərinin İdarə Edilməsi) “Koç Maliyyə Xidmətləri” və “Uni Credito İtaliano” arasında bölüşdürülüb və “Koç” qrupu “Koç Maliyyə Xidmətləri”nin bərabər hüquqlu ortağı olub. 2005-ci ilin sentyabr ayında Türkiyədəki “Yapı Kredi Bankası A.Ş.”-də həmçinin “Koç Maliyyə Hizmetleri” ailəsinə daxil olub. “Koçbank Azərbaycan” 2007-ci ilin əvvəlindən etibarən fəaliyyətini “Yapı Kredi Bank Azərbaycan” QSC adı ilə davam etdirir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
