Heqiqet.Az » idman » Məşhur futbolçuya krallıq təklfi edildi


Məşhur futbolçuya krallıq təklfi edildi

3-06-2016, 18:39
Çap et
Məşhur futbolçuya krallıq təklfi edildi Almaniyanın aşağı liqalarından birində çıxış edən "Rot Vays Oberhausen" komandası Zlatan İbrahimoviçə maraqlı təklif göndərib.
Klub futbolçuya istədiyi məbləği ödəyə bilməsə də bir sıra cəlbedici bəndlər daxil etməyə hazırdır:
Şəhərin rəmzi açarını Zlatana təqdim edir.
İsveçli forvard şəhərin kralı ola bilər və orada monarxiya qura bilər.
Şəhərin ən görməli yeri və bütün mədəni tədbirlərin keçirildiyi məkanı — Ebertbadanı onun öhdəsinə verir. Futbolçu orada üzmək istəyirsə su ilə doldurulmasını təmin edir.
Təklifi qəbul edərsə yerli pivənin adı dəyişdirilərək "Ibrahimovic Pilsener", sosislərin adı isə "Schweden-Happen" olacaq.
İbrahimoviç hələ ki təklifə münasibət bildirməyib.
Reytinq: