Heqiqet.Az » siyaset » Azərbaycan prezidenti italiyalı həmkarını təbrik etdi


Azərbaycan prezidenti italiyalı həmkarını təbrik etdi

2-06-2015, 14:26
Çap et
Azərbaycan prezidenti italiyalı həmkarını təbrik etdi Prezident İlham Əliyev İtaliyanın prezidenti Sercio Mattarellaya təbrik məktubu yollayıb. Heqiqet.az-ın AzərTac-a istinadən məlumatına görə, təbrik məktubunda deyilir:
“Hörmətli cənab Prezident,
İtaliya Respublikasının milli bayramı – Respublika günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə İtaliya arasında möhkəm dostluq münasibətləri mövcuddur. Ümidvaram ki, daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, ikitərəfli və çoxtərəfli qaydada səmərəli əməkdaşlığımız bundan sonra da ölkələrimizin çiçəklənməsinə, xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İtaliya xalqına daim sülh və firavanlıq diləyirəm”.
Reytinq: