Heqiqet.Az » dunya » Tarixi səsverməyə 2 gün qaldı


Tarixi səsverməyə 2 gün qaldı

21-06-2016, 09:46
Çap et
Tarixi səsverməyə 2 gün qaldı Referendum ərəfəsində dünya siyasi liderləri və iqtisadçılar Britaniya xalqına növbəti dəfə xəbərdarlıq ediblər. Amerikalı milyarder, Corc Soros Britaniya Avropa Birliyini tərk edəcəyi təqdirdə milli valyuta olan funt sterlinqin dollarla müqayisədə azı 20 faiz dəyər itirəcəyini proqnozlaşdırıb.
Ötən həftə ərzində keçirilən rəy sorğusunda vətəndaşların əksəriyyəti Avropa Birliyi tərəfdarı olduğunu ifadə edib. Sorğunun nəticəsi funt sterlinqin dəyər qazanmasına səbəb olub.
Avropa Birliyinin prezidenti Donald Tuskun referendumal bağlı xəbərdarlığı isə, daha sərt olub. Donald Tusk qeyd edib ki, Britaniya Avropa Birliyini tərk edərsə, bu, İttifaqın dağılması istiqamətində ilk addım olacaq.
"Bu, futbol matçı deyil. Yəni ortada bərabərlik hesabı olmayacaq. Səsvermə əsasında konkrekt qərar qəbul olunmalıdır. Biz referendumun istənilən nəticəsində hörmətlə yanaşacağıq. Lakin niyyətimiz bir yerdə qalmaqdan yanadır", - deyən Donald Tusk fikrini yekunlaşdırıb.
İyun ayının 23-ündə keçiriləcək səsvermənin nəticləri investorların diqqət mərkəzində olacaq.
Reytinq: