Demo Sayt » iqtisadiyyat » Artur Rasizadə yenidən neft fondunun Müşahidə Şurasının sədri seçildi


Artur Rasizadə yenidən neft fondunun Müşahidə Şurasının sədri seçildi

2-06-2015, 19:49
Çap et
Artur Rasizadə yenidən neft fondunun Müşahidə Şurasının sədri seçildi Dünən Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Azərbaycanın Baş naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rasizadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2014-cü ildə maliyyə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, fondun 2014-cü il büdcəsinin icrası məsələlərinə baxılıb.
Müşahidə Şurası Neft Fondunun İcraçı direktorunun təqdim etdiyi Fondun 2014-cü ildə fəaliyyəti haqqında illik hesabatına, Fondun 2014-cü ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“Praysvoterhauskupers Audit Azərbaycan” MMC) hesabatına baxaraq onları məqbul hesab edib və Neft Fondunun 2014-cü il büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan Prezidentinə təqdim olunması barədə qərar qəbul edib.
A. Rasizadə növbəti müddətə ARNDF-in Müşahidə Şurasının sədri seçilib.
Reytinq: