Heqiqet.Az » medeniyyet » Nəriman Nərimanovun Marneulidəki büstü baxımsız qalıb


Nəriman Nərimanovun Marneulidəki büstü baxımsız qalıb

21-06-2016, 18:48
Çap et
Nəriman Nərimanovun Marneulidəki büstü baxımsız qalıb Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun mərkəzində Nəriman Nərimanovun büstü yenidən bərpa olunacaq.
Bunu Marneuli rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev bildirib.
Onun sözlərinə görə, büstün bəzi yerləri və ətrafına düzülən mərmər daşlar qopub: “Marneuli rayon icra hakimiyyəti qərara gəlib ki, büst və onun ətrafında salınan park və fəvvarə yenidən qurulsun. Yaxın günlərdə büstü yenidən bərpa edəcəyik”.
Qeyd edək ki, Nəriman Nərimanovun bədii yaradıcılığı və müəllimlik fəaliyyəti Gürcüstanla da bağlı olub. N. Nərimanov 1890-cı ildə Qori Müəllimlər seminariyasını bitirdikdən sonra Tiflis quberniyasının azərbaycanlıların yaşadığı Borçalı qəzasının Qızılhacılı kəndində pedaqoji fəaliyyətə başlayıb və bədii yaradıcılığını bu kənddə davam etdirib. O, “Nadanlıq” əsərini burada sona çatdırıb. Marneuli rayonunda N. Nərimanov adına orta məktəb və rayon mərkəzində Mədəniyyət Sarayı var.
Reytinq: