Azərbaycan Slovakiya şirkətlərini özəl sektora investisiya yatırmağa dəvət edib21-06-2016, 19:01
Çap et İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüşdə ölkələr arasındakı mövcud iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. Azərbaycan-Slovakiya əlaqələrinin inkişaf etdiyini qeyd edən Ş. Mustafayev hazırda ölkələrin iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji, ticarət, investisiya qoyuluşu sahələrində əməkdaşlıq etdiyini bildirib. Azərbaycanda 10 Slovakiya kapitallı şirkət uğurla fəaliyyət göstərir. Görüşdə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verilib, Azərbaycanın xarici investisiyalar üçün cəlbedici ölkə olduğu, tətbiq edilən mütərəqqi investisiya təşviqi mexanizminin xarici investorlar üçün əlverişli imkanlar yaratdığı diqqətə çatdırılıb. Ş. Mustafayev Slovakiya şirkətlərini sənaye, aqrar, tikinti, nəqliyyat, turizm və s. sahələrə, xüsusilə özəl sektorda reallaşdırılan layihələrə investisiya yatırmağa dəvət edib. Slovakiya şirkətləri, həmçinin Azərbaycanda yaradılmış sənaye parklarında investorlar üçün yaradılmış əlverişli imkanlardan da yararlana bilərlər. P. Pelleqrini Azərbaycanda yüksək inkişafın şahidi olduğunu diqqətə çatdıraraq, ikitərəfli əlaqələrin daha da genişlənməsi üçün ölkələrin potensialını vurğulayıb, əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bildirib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
