Rusiya bütün səfirlərini geri çağırıb22-06-2016, 09:28
Çap et Bu xarakterli müşavirələr hər iki ildən bir keçirilir və ənənəvi haldır. Rusiya prezidenti bildirib ki, diplomatlarla görüş və birbaşa danışıqlar "dünyadakı siyasi və iqtisadi vəziyyəti kompleks şəkildə qiymətləndirmək üçün" lazımdır. Putin bu dəfə səfirlərlə iyunun 30-da görüşəcək və dünyanın gündəmində olan məsələləri müzakirə edəcək, həmçinin Rusiyanın xarici siyasəti ilə bağlı yeni vəzifələri müəyyənləşdirəcək. "Ənənəyə uyğun olaraq xarici siyasətin bütün spektrlarına toxunulacaq", - deyə Rusiya prezidentinin mətbuat katibi Dmitry Peskov vurğulayıb. İki il əvvəl keçirilən müşavirədə əsas müzakirə mövzusu Rusiyanın milli maraqlarının müdafiəsi olub. Rusiyalı diplomatlar hesab edirlər ki, analoji mövzulara bu dəfə də toxunulacaq. Ukrayna və Suriya, eləcə də Rusiya-ABŞ və Avropa İttifaqı ilə bağlı məsələlər də diqqətdən kənarda qalmayacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
