Ederin ağ əlcəyinin sirri açıldı11-07-2016, 18:53
Çap et "AVRO-2016"nın finalında Fransanın qapısına yeganə qolu vuraraq Portuqaliyanı tarixində ilk dəfə Avropa çempionu edən Ederin qol sevinci zamanı geyindiyi ağ əlcəyin sirri bəlli olub. Bu barədə Eder özü açıqlama verib. Eder turnirin startından əvvəl "milli komandada da qol vursam, ağ əlcəyi taxacam" deyə bildirib. Vurduğu qolla ölkəsini çempion edən futbolçu uğur gətirdiyinə inandığı üçün qol vuran zamanı bu əlcəyi geyinib. Bu arada 15-ci Avropa çempionatının qalibi olan Portuqaliya millisinin üzvlərinin alacağı mükafatın miqdarı açıqlanıb. Çempion komandanın hər bir üzvü 275 min avro qazanıb. Ümumilikdə isə milli üçün Portuqaliya Futbol Federasiyası 25,5 milyon avroluq mükafat büdcəsi ayırıb. UEFA bu məbləğin 8 milyonunu çempionluq üçün federasiyaya ödəyib. Komandanın final mərhələsinə vəsiqə qazanmasına görə də eyni miqdarda məbləğ federasiyanın büdcəsinə köçürülüb. Bundan başqa komandanın finala qədər irəliləməsi Portuqaliyaya 9,5 milyon avro qazandırıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
