Heqiqet.Az » sosial » Nazirlik: Kürdə biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır


Nazirlik: Kürdə biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır

13-07-2016, 12:36
Çap et
Nazirlik: Kürdə biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyul ayının I ongünlüyü üçün növbəti monitorinq həyata keçirib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iyul ayının I ongünlüyündə Kür çayında suyun sərfi iyun ayının III ongünlüyünə nisbətən 60 m3/san azalaraq 253 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olduğu müşahidə edilib.
Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 3,5 dəfə, Ağstafaçayda 3,4 dəfə, Ağstafaçay su anbarında isə 3,2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
İyul ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 3,1 dəfə, I Şahsevəndə 3,3 dəfə, Bəhramtəpədə isə 3,2 dəfə YVQH-ni keçib.
Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 6.38-7.12 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
Reytinq: