Heqiqet.Az » tehsil » “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində yay məktəbi layihəsi təqdim olunub


“Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində yay məktəbi layihəsi təqdim olunub

13-07-2016, 13:24
Çap et
“Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində yay məktəbi layihəsi təqdim olunub “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində təşkil edilən yay məktəbi layihəsi təqdim olunub.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, deputatlar, layihənin tərəfdaş qurumlarının nümayəndələri iştirak edib.
Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, “Azərbaycan üçün öyrət” layihəsi ümumtəhsil məktəblərində keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edən təhsil platformasıdır. O qeyd edib ki, proqrama Bakı, Lənkəran, Quba, Şəki və Gəncədəki məktəblərdə bu ilin aprel ayından başlanıb: “Proqramın məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin bilik və dünyagörüşünün artırılmasıdır. Yay məktəbi layihəsi Bakı, Lənkəran, Quba, Şəki və Gəncə şəhərlərini əhatə edən təhsil marafonudur. Layihə çərçivəsində tanınmış ictimai şəxslərin iştirakı ilə ölkənin 5 bölgəsində akademik göstəriciləri zəif olan məktəblərin şagirdləri üçün hər biri 2 gün olmaqla, yay məktəbləri təşkil olunacaq. İyulun 21-dək davam edəcək layihə müddətində şagirdlər intellektual yarışlarda və fərdi inkişaf təlimlərində iştirak edəcək”.
Millət vəkili Hafı Rəcəbli deyib ki, şagirdlərin məktəbdə zəif nəticə göstərməsinin səbəblərinə genetik faktor, valideynlərin təsiri-təhsili, məktəb-müəllimlərin potensialı, kompüter-internet asılılığı kimi amillər daxildir. Onun sözlərinə görə, şagirdlər üçün tarixi yerlərin seçilməsi də mühüm əhəmiyyət kəsb edir.
Millət vəkili Vahid Əhmədov da belə bir layihənin keçirilməsini yüksək qiymətləndirib.

Reytinq: