Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb15-07-2016, 18:23
Çap et Öz ölkəsinin çempionlarının mübarizəsində 3 klub və 17 cütlük növbəti mərhələdəki potensial rəqiblərini tanıyıb. Bu 37 klub pley-offa 10 vəsiqə üçün mübarizə aparacaq. Azərbaycan çempionu “Qarabağ” Lüksemburq “Düdelanj”ını keçsə, Çexiya “Viktoriya”sı ilə qarşılaşacaq. Yüksək reytinqli ölkələrin çempionu olmayan klubların mübarizəsində isə 5 cüt müəyyənləşib. Türkiyə “Fənərbaxça”sı Fransa “Monako”su ilə düşüb. Çempionlar Liqası III təsnifat mərhələsi Çempionlar yolu “Rusenborq” (Norveç) - “Norçepinq” (İsveç) cütünün qalibi - TNS (Uels) - APOEL (Kipr) cütünün qalibi “Vardar” (Makedoniya) - “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi - “Dinamo” (Tiflis, Gürcüstan) – “Alaşkert” (Ermənistan) cütünün qalibi “Olimpiakos” (Yunanıstan) – “Hapoel” (Beyer-Şeva, İsrail) - “Şerif” (Moldova) cütünün qalibi “Jalgiris” (Litva) - “Astana” (Qazaxıstan) cütünün qalibi - “Linkoln” (Cəbəllütariq) - “Seltik” (Şotlandiya) cütünün qalibi “Olimpiya” (Sloveniya) - “Trençin” (Slovakiya) cütünün qalibi - “Zrinski” (Bosniya və Herseqovina) - “Legiya” (Polşa) cütünün qalibi “Viktoriya” (Çexiya) - “Qarabağ” (Azərbaycan) - “Düdelanj” (Lüksemburq) cütünün qalibi “Astra” (Rumıniya) - “Kruzaders” (Şimali İrlandiya) - “Kopenhagen” (Danimarka) cütünün qalibi BATE (Belarus) - SJK (Finlandiya) cütünün qalibi - “Dandalk” (İrlanaiya) - “Hafnarfyorfur” (İslandiya) cütünün qalibi “Ludoqorets” (Bolqarıstan) - “Mladost” (Monteneqro) cütünün qalibi - “Valletta” (Malta) - “Srvena Zvezda” (Serbiya) cütünün qalibi - “Partizani” (Albaniya) - “Ferensvaroş” (Macarıstan) cütünün qalibi - “Zalsburq” (Avstriya) - “Liepaya” (Latviya) cütünün qalibi - Liqa yolu “Ayaks” (Hollandiya) - PAOK (Yunanıstan) “Sparta” (Çexiya) - “Styaua” (Rumıniya) “Şaxtyor” (Ukrayna) - “Yanq Boyz” (İsveçrə) “Rostov” (Rusiya) - “Anderlext” (Belçika) “Fənərbaxça” (Türkiyə) - “Monako” (Fransa) Qeyd edək ki, III təsnifat mərhələsinin ilk görüşləri iyulun 26-27-də, cavab qarşılaşmaları avqustun 2-3-də baş tutacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
