Heqiqet.Az » idman » İsrailli gimnast: Bakıda yarışlar həmişə çox yüksək səviyyədə keçirilir


İsrailli gimnast: Bakıda yarışlar həmişə çox yüksək səviyyədə keçirilir

20-07-2016, 18:31
Çap et
İsrailli gimnast: Bakıda yarışlar həmişə çox yüksək səviyyədə keçirilir Bakıda yarışlar həmişə çox yüksək səviyyədə keçirilir.
Bunu israilli gimnast, Avropa çempionatının gümüş mükafatçısı Neta Rivkin deyib.
Onun sözlərinə görə, Bakı çox xoşuna gəlir: "Şəhər sürətlə inkişaf edir. Bakını ziyarət etmək mənə çox xoşdur, yarışlar burada həmişə çox yüksək səviyyədə keçirilir, mən burada böyük məmnuniyyətlə çıxış edirəm. Ötən il Bakıda ilk Avropa Oyunlarında mən bürünc medal qazandım. Buna görə də Bakını özüm üçün uğurlu yer hesab edirəm”.
Gimnast deyib ki, Milli Gimnastika Arenasında yaradılan şərait dünyada ən yaxşılardan biridir: “Dünya Kubokunda əsas məqsəd bütün proqramı təmiz icra etmək və Olimpiya oyunlarına hazırlığa əmin olmaqdır”.
Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək. Beləliklə, Bakı tamaşaçısı ilin əsas hadisəsi - Rio Olimpiya Oyunlarından iki həftə öncə dünyanın 20 ölkəsindən məşhur gimnastların çıxışlarını izləmək üçün unikal imkan əldə edəcəklər.
Yarışların ilk iki günü 31 gimnast və 12 qrup hərəkətləri komandası medallar uğrunda çoxnövçülükdə mübarizə aparacaq. Kubokun son günü ayrı-ayrı alətlər üzrə final mərhələləri baş tutacaq.
Bu dəfə də bədii gimnastika həvəskarlarını quruluşu milli yığma komandanın baş məşqçisi Mariana Vasilevaya məxsus möhtəşəm açılış (22 iyul) mərasimi, həmçinin məşhur idmançılarla yanaşı, Azərbaycan gimnastikasının gələcəyi olan gənc gimnastların çıxışlarının da nümayiş olunacağı ənənəvi qala-konsert (24 iyul) gözləyir.
Reytinq: