Gənc Tamaşaçılar Teatrının rejissoru Moldovada tamaşa qoyacaq20-07-2016, 18:38
Çap et Teatrın mətbuat xidmətindən verilən məlumata görə, dəvətin məqsədi inkişafda olan Qaqauz teatrı ilə qədim və zəngin köklərə malik Azərbaycan Milli Teatrı arasında yaradıcılıq əlaqələrinin qurulması və genişləndirilməsidir. Moldovanın Qaqauz Yeri Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Dionis Tanasoğlu adına Qaqauz Milli Teatrının dəvətinə əsasən rejissorumuz görkəmli türk yazıçı və dramaturqu Əziz Nesinin “Öldür məni, can-ciyər” pyesi əsasında tamaşa hazırlayacaq. N.Kazımov cari ilin iyul ayının 28-dən – sentyabr ayının 1-dək Dionis Tanasoğlu adına Qaqauz Milli Teatrında sözügedən tamaşanı hazırlayıb təhvil verərək, vətənə dönəcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
