Rövşən Lənkəranskinin nəşi Mübariz Mənsimovun şəxsi təyyarəsi ilə gətirildi - YENİLƏNİB19-08-2016, 09:03
Çap et R.Caniyev bu gün səhər saatlarında Kiçik Bazar qəbiristanlığında dəfn ediləcək. **** 23.39 Göyərtəsində Rövşən Lənkəranskinin cənazəsini gətirən, saat 22.30-da enməsi gözlənilən təyyarə gecikir. Rövşən Lənkəranskinin cənazəsi “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun şəxsi təyyarəsi ilə gətirilir. Qeyd edək ki, Rövşən Lənkəranski sabah saat 11-də Kiçik Bazar qəbiristanlığında dəfn olunacaq. **** 18.21 Ötən gecə silahlı sui-qəsdə məruz qalaraq xəstəxanada keçinən kriminal aləmin nüfuzlu avtoriteti Rövşən Lənkəranskinin nəşi Azərbaycana göndərilmək üçün hazırlanır. Lent.az-ın İstanbuldakı əməkdaşının verdiyi məlumata görə, hazırda bu işlərlə məşğul olan xüsusi şirkət Lənkəranskinin nəşinin son hazırlıq işləri və tabuta yerləşdirilib təyyarə ilə ölkəyə göndərilməsi ilə məşğuldur. Bu hazırlıqlar yekunlaşdıqdan sonra isə ya İstanbuldakı konsulluğun əməkdaşı özü tabutu təhvil almağa gedəcək, ya da tabut konsulluğa göndəriləcək. Rövşənin nəşini Bakıda gözləyən yaxın qohumları isə bildiriblər ki, cənazənin axşam saat 22:30 radələrində Lənkərana çatması gözlənilir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
