Məşhur filmin çəkildiyi malikanə satışa çıxarıldı- ŞOK QİYMƏT8-09-2016, 10:48
Çap et 1925-ci ildə Los-Ancelesin qərbindəki məşhur Beverli-Hillz rayonunda tikilən həmin bina ABŞ-da və dünyada ən bahalı daşınmaz əmlaklardan biridir. Malikanənin iki hektarlıq ərazisində gecə klubu və kinoteatrın da daxil olduğu 6 tikili yerləşir. Yaşayış kompleksi isə 28 yataq otağı və 38 sanitar qovşaqdan ibarətdir. Kolorado çayının aşağı axarındakı “Quver” bəndinin tikintisində iştirakı ilə məşhurlaşan amerikalı memar Qordon Kaufmanın layihələndirdiyi malikanədə, həmçinin gözəl bağçalar, iki tennis kortu, hovuz və qonaqları qəbul etmək üçün 400 nəfərlik zona var. Son zamanlar ayı 600 min dollara kirayə verilən daşınmaz əmlakın hazırkı sahibi investor Leonard Ross onu əvvəlki qiymətindən 30 milyon dollar baha satmaq fikrindədir. ABŞ-ın 35-ci Prezidenti Con Kennedi və onun həyat yoldaşı Jaklin 1953-cü ildə bal ayını bu malikanədə keçiriblər. Əfsanəvi “Xaç atası” filminin bir neçə səhnəsi də burada çəkilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
