Narahat bağırsaq sindromu nədir? - ƏLAMƏTLƏR8-06-2015, 16:16
Çap et Qarın bölgənizdə həmişə köp hissi varsa, pəhrizlərə rəğmən göbəyiniz hələ də arıqlamırsa, həzmsizlik yaşayırsızsa və qəbzliyiniz varsa, bütün bunların səbəbi narahat bağırsaq sindromu ola bilər. İş yerində yaşanan stressin də bu xəstəliyə zəmin yaratdığı deyilir. Sıx rastlanan xroniki xəstəlik olan bağırsaq sindromu yetkinlərdə yüzdə 15-0 nisbətində görülür. Ən mühüm əlamətlərindən biri tualetə getmə vərdişinin dəyişməsidir. Zamanla ishal, qarın ağrısı, köp, şişkinlik hissi, gəyirmə, mədədə yanma, qıcqırma kimi həzmsizlik şikayətləri yaşanır. Heç vaxt qanlı nəcis halı olmur. Psixosomatik bir xəstəlik olub, orqanik və ya bioloji hər hansı bir səbəbə əsaslanmır. Xəstənin ömrünü qısaltmaz, həyatı təhdid etməz, amma həyat keyfiyyətini pozar. Xəstəliyin irəliləməsində ən mühüm səbəb stress, artmış çəki, panik hallar, işdə, ya gündəlik həyatda problemlərlə baş edə bilməmək hesab olunur. İş yerində stress, imtahan, müsabiqə həyəcanı ilə qarşı-qarşıya olan insanda emosional və fiziki bir reaksiya yaşanır. Xəstə emosional olaraq qorxu, həyəcan, iş sıxıntısı, stress və şübhə hiss edə bilər, fiziki olaraq tərləmə, ürək döyüntüsü, nəfəs darlığı, gərginlik, qarın ağrısı yaşaya bilər. Bağırsaqlar qidaların həzmi və artıqların bayıra atılmasını beyindən asılı olmayaraq həyata keçirir. Ancaq stress anında beynin göndərdiyi qarışıq duyğular müntəzəm çalışan bağırsaq sinir sisteminə mənfi təsir edir. Stress anında bağırsaq hərəkətləri sürətlənir, bu da qarın ağrısı ilə ishala səbəb olur və qaz şikayətlərinə yol açır. Qadınlarda şişmə, gərginlik və ağrı yaşanır. Bağırsaq funksiyalarında yaranan bir anormallıq sayılan bu sindrom qidalanma, ruh halı, iş stressi, səyahət, yaşamda bəzi dəyişikliklərdən dolayı yaşana bilər. Gündəlik çox içilən çay, qəhvə, siqaret, spirtli içki, nizamsız qidalanmaq bu sindromu daha da irəlilədir. Bütün bunlar yorğunluq, depressiya, iştahasızlıq və yuxusuzluğa yol açır. Stressi azaldaraq həyatınızı normaya salmaqla bu xəstəliyi tamamilə aradan qaldıra bilərsiz. Həkimə müraciət etməyi də unutmayın. Fərizə Əhmədova Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
