» » Manat əksər valyutalar nisbətən bahalaşıb


Manat əksər valyutalar nisbətən bahalaşıb

19-09-2016, 12:43
Çap et
Manat əksər valyutalar nisbətən bahalaşıb Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 16-sı ilə müqayisədə 0,03% ucuzlaşaraq 1,6370 manat olub.
Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,67% zəifləyərək 1,8281 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl ötən günlə müqayisədə 0,4% azalaraq 0,0252 manat səviyyəsinə düşüb.
Türkiyə lirəsinin məzənnəsi 0,31% azalaraq 0,5499 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1343 manatdır. Beləliklə, funt sterlinq 1,51%-lik ucuzlaşma nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi 0,07% bahalaşaraq 0,7094 manat təşkil edib.
Reytinq: