Heqiqet.Az » maraqli » Təbii tonal krem necə hazırlanır?


Təbii tonal krem necə hazırlanır?

9-06-2015, 14:27
Çap et
Təbii tonal krem necə hazırlanır? Tonal krem üzdəki qüsurları, sızanaqları, qara nöqtələri gizlətmək üçün istifadə edilən ən önəmli kosmetik məhsuldur.
Amma bu vasitə zaman-zaman üz dərimizə zərərli ola bilir.
Üz dərisi üçün bitki mənşəli tonal kremlər daha məsləhətlidir. Bu üsulla həm dəriniz cavan qalacaq, həm də pulunuza qənaət etmiş olacaqsınız. Bəs bitki mənşəli bu krem necə hazırlanır?
Lazım olan vasitələr:
Ararot unu və ya nişastası (ararot bitkinin yumru kök saplarından əldə edilən ən incə növ nişastadır)
Toz kakao,
Toz darçın,
Üyüdülmüş kiçik hindistan qozu,
Toz zəncəfil,
Kalsium tərkibli gil (bentonit gil),
Maye E vitamini,
Lavanda efir yağı.
Hazırlanması:
2 yemək qaşığı ararot unu, 4 yemək qaşığı toz kakao, 2 yemək qaşığı kiçik Hindistan qozu, 2 yemək qaşığı zəncəfil, 1 çay qaşığı darçın, 2 çay qaşığı bentonit gili, 10 damla maye halda olan E vitamini (aptekdən tapa bilərsiniz ), 10-12 damla lavanta yağını Şüşə qabda qarşdırmaqla təbii tonal krem əldə edə bilərsinzi. Əgər ararot nişastasını tapmasanız, qarğıdalı nişastası ilə əvəz etmək mümkündür. Alınan vasitəni biləyinizə töküb bədən rənginizə uyğun olub olmadığına baxın. Əgər rəng xoşunuza gəlməsə, tündləşdirmək üçün kakao, rəngin açılması üçün isə qarğıdalı nişastası qata bilərsiniz. Qafqaz.info
Reytinq: