Elmar Məmmədyarov Sudanın xarici işlər naziri ilə görüşüb21-09-2016, 13:46
Çap et
![]() XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, İ. Qandur Sudanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam dəstəklədiyini bəyan edib. O, ölkəsinin tezliklə İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı işğalçılığına dair Kontakt Qrupuna qoşulacağını bildirib. Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti barədə ətraflı məlumat verən E. Məmmədyarov münaqişə ilə bağlı Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsinə görə Sudan hökumətinə təşəkkür edib. Nazir Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi, yürütdüyü destruktiv və təxribatçı siyasətin münaqişənin həllinə, regionda sülhün və sabitliyin təmin olunmasına xələl gətirdiyini vurğulayıb. Görüşdə tərəflər BMT Baş Assambleyasının gündəliyi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
Təqvim
|