Bakıda "Qanunvericiliyin təsirinin qiymətləndirilməsi" mövzusunda seminar keçirilir21-09-2016, 11:06
Çap et İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi "Qanunvericiliyin təsirinin qiymətləndirilməsi" mövzusunda seminar keçirir.Seminarın məqsədi ölkədə aparılan iqtisadi islahatların təsirinin qiymətləndirilməsi sahəsində kadr hazırlığına töhfə vermək. Seminar OECD-nin Tənzimləmə Siyasəti Komitəsinin vitse-prezident vəzifəsində Fransanın rəsmi nümayəndəsi olmuş və "Qanunvericiliyin təsirinin qiymətləndirilməsi" üzrə beynəlxalq səviyyədə tanınmış ekspert Çarlz-Henri Montin tərəfindən aparılıb. "Japan Tobacco" şirkətlər qrupunun üzvü və dünyanın aparıcı beynəlxalq tütün şirkəti olan JTI (Japan Tobacco International) seminarın keçirilməsinə ekspert dəstəyi verib. Tənzimləmə siyasəti və idarəçilik məsələləri, Avropa Komissiyasında və digər ölkələrdə "Qanunvericiliyin təsirinin qiymətləndirilməsi" sxemlərinin qiymətləndirilməsi və Azərbaycanda qiymətləndirmə sisteminin qurulmasına dair mövzulara həsr olunmuş bu seminar dövlət və biznes qurumlarının tənzimləmə və idarəçilik siyasəti üzrə yüksək vəzifəli rəsmiləri üçün nəzərdə tutulub. Seminarda nazirliklərin, dövlət komitə, agentlik və xidmətlərinin, habelə universitet və özəl sektorun nümayəndələri iştirak ediblər. Sonda iştirakçılar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və "Japan Tobacco" şirkətlər qrupunun təqdim etdiyi sertifikatlarla təltif olunublar. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi "Qanunvericiliyin təsirinin qiymətləndirilməsi" mövzusunda seminar keçirir.