Qanunsuz şəkildə işdən azad edilmiş 20 nəfər əvvəlki iş yerlərinə bərpa olunub22-09-2016, 11:15
Çap et Cari ilin 8 ayında Dövlət Əmək Müfəttişliyi Xidməti 783 530 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaşların əmək hüquqlarının müdafiəsi, habelə gecikdirilmiş əmək haqları və digər sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən onlara ödənilməsinin təmin edilməsi istiqamətində tədbirlərini davam etdirir. Cari ilin yanvar-avqust aylarında Xidmətə ünvanlanan vətəndaş müraciətlərinə əsasən görülən tədbirlər nəticəsində 783 530 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub. Həmin məbləğin 95 faizi (742 788 manat) gecikdirilmiş əmək haqlarından, qalan hissəsi isə işəgötürənlər tərəfindən işçilərə ödənilməsi gecikdirilən sosial müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub. Qeyd olunan ödənişlərin gecikdirilməsi hallarına yol verən işəgötürənlər əmək qanunvericiliyinin müvafiq tələbləri barədə məlumatlandırılıb, onlara aidiyyəti üzrə hüquqi izahatlar verilib. Yanvar-avqust aylarında vətəndaş müraciətlərinin araşdırılması zamanı 20 nəfər işçinin qeyri-qanuni şəkildə işdən azad edildiyi müəyyən edilib və həmin vətəndaşların yenidən əvvəlki iş yerlərinə bərpası təmin olunub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Cari ilin 8 ayında Dövlət Əmək Müfəttişliyi Xidməti 783 530 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.