Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslər birdəfəlik pul müavinəti ilə təmin edilib25-07-2016, 11:38
Çap et Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qanunvericiliyə uyğun olaraq həmin insanların hər birinə minimum əmək haqqının 4 misli məbləğində, yəni 420 manat məbləğində müavinət ödənilib. Qeyd olunan dövrdə həmin şəxslərdən nazirliyin məşğulluq orqanlarına iş üçün müraciət edən insanların kvota üzrə ayrılmış iş yerlərində məşğulluqlarının təmin edilməsi üçün müvafiq işlər görülüb. Penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan şəxslərin əmək bazarına çıxışının və gələcək məşğulluğunun dəstəklənməsi diqqətdə saxlanılır. Keçən il və cari ilin ötən dövründə 200 nəfərə yaxın belə şəxs üçün əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı kursları təşkil edilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
