Bakıda sərnişin avtobusu ilə yük maşını toqquşdu9-06-2015, 16:52
Çap et Bakıda sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində üç nəfər xəsarət alıb. APA TV-nin məlumatına görə, hadisə Bakı-Qazax magistralının Qaradağ rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "Daewoo" markalı sərnişin avtobusu "Mercedes" markalı ağır tonnajlı yük maşını ilə toqquşub. İlkin məlumata görə, Gəncə şəhəri istiqamətində hərəkətdə olan avtobus dönmə əməliyyatı zamanı yük maşınına çırpılıb. Zərbənin gücündən avtobus deformasiyaya uğrayıb, sürücünün ayaqları sıxılmış vəziyyətdə qalıb. Sürücünün xilas edilməsi üçün əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Xüsusi alət və avadanlıqların köməyi ilə yaralı sürücü xilas edilib. Qəza zamanı avtobusdakı iki sərnişin də xəsarət alıb və xəstəxanaya aparılıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
