Heqiqet.Az » hadise » Qonşusunu qətlə yetirən şəxsin apellasiya şikayətinə baxılıb


Qonşusunu qətlə yetirən şəxsin apellasiya şikayətinə baxılıb

30-09-2016, 09:54
Çap et
Qonşusunu qətlə yetirən şəxsin apellasiya şikayətinə baxılıb Bakı Apellyasiya Məhkəməsində qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Kamran Bağırovun apellyasiya şikayəti üzrə məhkəmə yekunlaşıb.
Məhkəmə şikayəti təmin etməyib.
Qeyd edək ki, ötən ilin dekabrında Kamran Bağırov qonşusu Cümşüd Rüstəmovu bıçaqlayaraq qətlə yetirib. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 15 il müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən narazı qalaraq, apellyasiya şikayəti verib.
Reytinq: